Azərbaycan Suriyada humanitar yardımın paylanması aksiyasında iştirak edib

post-img

Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil olunmuş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyi iştirak edib.

AZƏRTAC-a xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə ötən il dekabrın 30-da ölkəmiz tərəfindən çəkisi 200 tona yaxın müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Suriyaya göndərilib.



Siyasət