Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında Azərbaycanın qaz ehtiyatı barədə də açıqlamasında bildirib ki, Azərbaycanın Ukrayna, Moldova və digər Şərqi Avropa ölkələrini təmin etmək üçün kifayət qədər qazı mövcuddur.
O qeyd edib ki, Azərbaycanın regiona ixrac edilməsi mümkün olan qaz həcmləri var və bu ixracı artırmaq mümkündür: “Bu, yalnız Moldovaya deyil, Slovakiya kimi ölkələrə də aiddir. Azərbaycanın tədarük marşrutları mövcuddur, əsas məsələ isə siyasi iradənin olmasıdır”.
XQ