İranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Şahin Mustafayev bu ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
AZƏRTAC İran mediasına istinadən xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivi müzakirə olunub.
Nəzərə çatdırılıb ki, iki qonşu ölkə arasında həyata keçirilən iqtisadi layihələr hər iki dövlətin milli maraqlarına uyğundur. Qarşılıqlı münasibətlərin inkişafı regionda sabitliyin, dayanıqlı inkişafın qarantı ola bilər və bu əlaqələrin inkişaf etdirilməsi zəruridir.
Görüşdə İran ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin artırılması, eləcə də Qafqaz regionunda baş verən siyasi proseslər müzakirə olunub.