Qərbi Azərbaycan İcmasının ədalət çağırışı

post-img

“ABŞ-nin Azərbaycandakı səfirliyinin insan hüquqlarını müdafiəsi adı altında ölkəmizin daxili işlərinə qarışan növbəti bəyanatını qınayırıq”.

Qərbi Azərbaycan İcmasının bu açıqlamasının davamında deyilir: “ABŞ səfirliyinin bəyanatı məzmun baxımından əsassız, manipulyativ və həqiqətdən uzaqdır. Mövcud ABŞ administrasiyasının insan hüquqlarının təşviqi adı altında fəaliyyəti tamamilə zərərlidir və hüquq anlayışı ilə bir araya sığmır.

ABŞ administrasiyası Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulması kimi kütləvi insan hüququ problemini gözardı etmiş və faktiki olaraq onlara qarşı etnik və dini əsasda ayrı-seçkiliyə yol vermişdir. Bu ayrı-seçkilik insan hüquqları ideyasına vurulan ən böyük zərbədir”.

Hazırkı ABŞ administrasiyasına çağırışla bitən bəyanatda bildirilir: “İndiki rəhbərliyi, heç olmasa, son günlərində insan hüquqlarını siyasi məqsədləri üçün alət etməkdən çəkinməyə çağırır və Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması kimi əsl insan hüquqları məsələsini müdafiə etməyə və bu haqq işinə dəstək verməyə səsləyirik”.

XQ

Siyasət