“Haber Global”: Bakıda keçirilən COP29-da planetin ekologiyasının gələcəyi müzakirə olunur

post-img

Türkiyənin “Haber Global” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işə başladığı Bakıdan reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, populyar xəbər kanalının geniş tamaşaçı auditoriyası COP29-un proqramı və əhəmiyyəti barədə məlumatlandırılıb.

Reportajda noyabrın 22-dək qlobal ekoloji gündəliyə dair müzakirələrin aparılacağı Bakı Olimpiya Stadionu və ətraf ərazidən kadrlar göstərilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 100-ə qədər dövlət və hökumət başçısının Azərbaycana səfərinə diqqət çəkilib.

Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” ekoloji layihəsinin COP29 çərçivəsində təqdimatına da yer verilib.

Reportajda 100 milyard dolların qlobal miqyasda iqlim dəyişiklikləri ilə effektiv mübarizə aparmaq üçün kifayət etmədiyini bildirən ekspert və alimlərin fikirləri də yer alıb.

Telekanal ekoloji sahədə daha iddialı məqsədlərin müəyyən ediləcəyinə ümid ifadə edib.







Siyasət