MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

post-img

Oktyabrın 18-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri - parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu və Göydəniz Qəhrəmanov iştirak ediblər.

Onlayn iclasda MDB-nin iştirakçısı olan dövlətlər üçün "Rəqəmsal media resursları mühitində elektron kommunikasiya haqqında”, "Mesenatlıq və xeyriyyəçilik fəaliyyəti haqqında”, "Uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında", həmçinin “Su obyektlərində mədəni irs abidələrinin dövlət mühafizəsinin təmin edilməsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

Qeyd edilib ki, iclasda, həmçinin təşkilati məsələlərə də baxılıb, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komissiya sədrinin müavini vəzifəsinə seçilib.



Siyasət