Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob keçirilib

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob təşkil edib. Fləş-mobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər.

Fləş-mob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdən kadrlar verilib və Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri müəllifin öz səsi ilə səsləndirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı intensiv qaydada icra edilir. İndiyədək 2263 ailə, yəni, 8660 nəfər doğma yurda köçürülüb.

Fləş-mob haqqında videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=3_CTV8RafEo

Sosial həyat