Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

post-img

Bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Son xəbərlər