ABŞ Konqresində dinləmələr Azərbaycanla münasibətləri gərginləşdirməyə xidmət edir

post-img

“Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sentyabrın 19-da ABŞ Konqresində Azərbaycan əley­hinə keçirilən tədbirlə bağlı yerli medianın sualına cavabında bildirib.

Onun sözlərinə görə, bu, ABŞ Konqre­sindəki bəzi qrupların Azərbaycanın suve­renliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbay­candakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti tə­zahürüdür:

“Təəssüf ki, ABŞ-ın milli təhlükəsizlik maraqlarından daha çox öz daxili müla­hizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini döv­lətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır”. Ayxan Hacı­zadə bildirib ki, Azərbaycanın ötən il həya­ta keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. 

“Azərbaycanın suveren ərazilərinin Er­mənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmiz­ləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konq­resi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə ermə­niləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib. Eyni zamanda, regio­numuzdakı vəziyyətin dini çərçivədə qar­şıdurma kimi qələmə verilməsi narahatlıq doğurur, bu kimi addımlar sülh quruculu­ğuna və barışığa zərər vurur. Bununla yana­şı, erməni diasporu tərəfindən maliyyələş­dirilən bəzi şəxs və təşkilatların dinləmələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu kimi bəyanat­ları qətiyyətlə pisləyirik. Həmin şəxs və təşkilatların himayədarlıq etdikləri Ermə­nistanda fundamental insan hüquq və azad­lıqlarının pozulması, o cümlədən siyasi təqiblər nəticəsində həbs olunan şəxslərin həbsxanada həlak olması, siyasətçilərə və onların ailə üzvlərinə qarşı təzyiq hallarına fokuslanması daha məqsədəuyğun olar­dı. Dinləmələrdə istinad edilən qondarma “Artsax” Ermənistan tərəfindən Azərbay­canın Qarabağ bölgəsində həyata keçiril­miş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində ya­radılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının “Art­sax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prin­sip və prosedurların açıq şəkildə pozul­ması, habelə ABŞ-ın 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-ın Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfin­dən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir. Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-A­BŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departa­mentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu cür hallara qarşı müvafiq tədbirlərin görül­məsini gözləyirik”, - deyə vurğulanıb.

Xatırladaq ki, sentyabrın 19-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqu­tundan sonra Azərbaycanda insan hüquq­ları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı itti­hamlar səsləndirilib. 

XQ

Siyasət