Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan məlumata görə, seçicilərin 20,39 faizinin (1 milyon 309 min 522) səs verdiyini bildirib.