“Reuters” və “Politico” Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışından yazıb

post-img

Dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” və “Politico” Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə yer verib.

Nəşr olunan xəbərlərdə qeyd edilib ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduğunu deyib. Bildirib ki, Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, onlar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.

“Reuters”in xəbərində ötən həftə Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan Yeni Kaledoniya və Fransanın digər koloniyalarından, o cümlədən Korsikadan, Karib dənizi və Sakit okean adalarından müstəqillik tərəfdarı qrupların iştirak etdiyi qurultay barədə də məlumat verilib.

Siyasət