Bekzat Zhusip: Şuşanın bərpa olunduğunu görmək çox xoşdur

post-img

Mən ilk dəfədir ki, bu gözəl müqəddəs torpaqda - Şuşa şəhərində oluram. Şəhərin bərpa olunduğunu görmək çox xoşdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın "Qazkontent" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bekzat Zhusip 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı bildirib.

Anadolu Agentliyindəki həmkarların təşəbbüsü ilə bir neçə tədbirin keçirildiyini vurğulayan Bekzat Zhusip bu yaxınlarda Türkiyədə “Müharibə dövründə jurnalistika” təlimləri təşkil etdiyini diqqətə çatdırıb. "Biz də Türkiyənin timsalında belə layihələr təşkil etməliyik ki, münasibətlərimizi daha da möhkəmləndirəcəkdir", - deyə o, bildirib.

Siyasət