Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt, təbii ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır.
Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətimizin siyasi kursu əsasında xalqın milli maraqlarına uyğun düzgün siyasətin aparılması, Azərbaycanın mövqeyinin ortaya qoyulması istiqamətində səylərini davam etdirəcək.
***
Azərbaycanı İranla dini və tarixi köklər birləşdirir. Qonşu ölkədə prezident seçkiləri keçirildi və İran xalqı yeni rəhbərini seçdi. Ölkəmiz bundan sonra da İranla birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Bu fikirləri də jurnalistlərə müsahibəsində Ceyhun Bayramov söyləyib.
Nazir vurğulayıb ki, ölkələrimiz arasında birgə layihələr, birgə baxış bundan sonra da davam etdiriləcək və əlaqələrimiz daha da genişləndiriləcək.
XQ