Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər

post-img

Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.

O deyib: “Dünya yenidən bloklara bölünə bilər. Bu da hər kəs üçün problem yarada bilər. Biz isə əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.

Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edən Peter Siyarto vurğulayıb: “Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”.

Siyasət