Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

post-img

Avstraliyanın Kvinslend ştatındakı Azərbaycan Milli Assosiasiyası 28 May - Müstəqillik Gününü qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə Azərbaycanın zəngin milli mədəniyyətini və irsini nümayiş etdirən bir sıra fəaliyyətlər öz əksini tapıb. Həmin gün “Brisben Siti Hol” Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Tədbirə Kvinslenddəki Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Məşhur avstraliyalı musiqiçi Con Varneyin Azərbaycanın milli musiqi aləti olan tarda əsrarəngiz ifası və soydaşlarımızın “Yallı” rəqsi gecəyə xüsusi rəng qatıb.





Siyasət