Gürcüstan DİN-in xəbərdarlığı

post-img

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanu­nu qəbul etdikdən sonra paytaxt Tbilisidə vəziyyət yenidən gər­ginləşib. Qanunun əleyhinə olan qüvvələr parlamentin qarşısında etiraz aksiyası keçirirlər. Onlar parlamentin binasına daxil olmağa çalışırlar.

Bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib. DİN-in bəyanatında deyilir ki, par­lament binasının ətrafında keçirilən ak­siya zorakı xarakter alıb. Polis qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək məcburiyyətində qalıb.

DİN mitinq iştirakçılarını polisin qa­nuni tələbinə tabe olmağa çağırıb.

Qeyd edək ki, hazırda Rustaveli prospektində vəziyyət gərgin olaraq qalır. Polisin tələbinə baxmayaraq, eti­razçılar ərazini tərk etmirlər. Prospekt­də avtomobillərin hərəkəti tam dayan­dırılıb.

Siyasət