Danyel Vea: Fransanın assimilyasiya ideyasının məqsədi yerli əhalinin mədəniyyətini, dəyərlərini məhv etməkdir

post-img

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Vyanada keçirilən konfrans bizi bir araya gətirərək, ölkələrimizdə həyata keçirilmiş assimilyasiyanın təsirləri və nəticələri haqqında fikir mübadiləsi aparmağa imkan yaratdı. Konfransın assimilyasiya mövzusuna həsr edilmiş birinci panelində elə ilk çıxışda Fransanın mənim ölkəmdə - Yeni Kaledoniyada, eləcə də Polineziyada və Qvadelupada apardığı assimilyasiya siyasətinin məqsədinin məhz yerli əhalinin - kanakların səsini boğmaq, onların mövcudluğuna qəti son qoymaq, həmçinin yerli əhalinin mədəniyyətini, dəyərlərini tamamilə məhv etmək olduğu açıq şəkildə ifadə edildi.

Bu fikirləri Bakı Təşəbbüs Qrupunun BMT-nin Vyana ofisində təşkil etdiyi “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransının iştirakçısı, Fransada Gənc Kanaklar Hərəkatının prezidenti Danyel Vea AZƏRTAC-a müsahibəsində deyib.

Danyel Vea bildirib ki, Yeni Kaledoniyada seçki korpusu ilə bağlı Konstitusiyaya edilən dəyişikliklə bağlı son günlər etiraz səsləri yüksəlib. Kanak xalqı xüsusilə yerli əhalinin səciyyəvi xüsusiyyətləri ilə bağlı Konstitusiyaya edilən dəyişiklikləri qəbul etmir. Kanaklar müstəmləkə altında olmaq istəmirlər. Bu etirazlara görə polislə qarşıdurmalar baş verib.

Siyasət