Azərbaycan zəngin mədəni irsə malik, tarixi abidələrlə zəngin, xalçaları ilə məşhur olan bir ölkədir. Azərbaycan cəmiyyəti mədəni irsi təşviq etməklə və dəyərlərə hörmət bəsləməklə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İspaniya Senatının sabiq üzvü, Ramon Llull Universitetinin professoru Cordi Xusia Kosta Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda səsləndirib.
Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı ötən dövrə nəzər salan italiyalı qonaq deyib: “Hansısa tədbirdə iki ölkə arasında münasibətlərlə bağlı müzakirələrə moderatorluq edirdim. Anlayırdım ki, çox çətindir. Amma budur, Azərbaycan 2020-ci ildə Zəfər qazanaraq ərazi bütövlüyünü tam bərpa etdi. Bu, bizi də sevindirir. Düşünəndə ki, insanlar 30 il ərazində öz yurd-yuvalarından ayrı düşərək köçkün kimi yaşamışlar, təəssüf hissi keçirirsən. İndi həmin insanlar öz evlərinə qayıdırlar”.
Ötən il Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərində olduğunu diqqətə çatdıran Cordi Xusia Kosta deyib: “Bu torpaqlarda gördüklərimdən məmnun qaldım. Ümid edirəm ki, Şuşaya getmək qismət olacaq”.