Frank Şvabenin cılız buynuzları

post-img

Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik 

Azərbaycana gizlətmədiyi qatı düşmən münasibət bəs­ləyən Frank Şvabeni bu iyrənc keyfiyyətdə biz çoxdan tanıdığı­mızdan onun ölkəmiz, xalqımız, dövlətimiz haqqında böhtançı, saxtakar, riyakar bəyanatlarını adətən ciddiyə qəbul etmədən, ikrah və kinayə ilə qarşılayı­rıq. Ancaq Azərbaycana qarşı öz “X” hesabında növbəti dəfə nifrətini püskürərkən Şvabe ar­tıq tam isterika içərisində oldu­ğunu göstərməkdədir. Özünü Avropa Şurası Parlament As­sambleyasının əsas söz sahibi saymaq kimi yekəxana iddialara düşən bu siyasət marionetka­sı onu idarə edənlərin təhriki ilə yenə stəkanda fırtına yarat­mağa cəhd edir, amma unudur ki, o, sadəcə həmin qurumdakı yüzlərlə deputatdan biridir. 

Özünü ixtiyar sahibi, Parla­ment Assambleyası qapısının açarçası zənn edən Şvabenin Azərbaycanın Parlament As­sambleyasına nə indi, nə yan­varda geriyə yolu yoxdur kimi manyakal çığırtıları özünün de­yib özünün eşitdiyi üfunətli boş sözlərdən artıq bir şey deyil. 

Azərbyacan bütün bey­nəlxalq qurumlarla, o sıradan Avropa Şurası ilə əlaqələrini qarşılıqlı ehtiram əsasında qu­rur və Şvabe kimi xəbis araqa­rışdıranların hər növ irinli bəya­natlarını rədd edirik. 

Azərbaycan idarəçiliyinə, xalqın seçdiyi və sevdiyi Azər­baycan Prezidentinə cılız buy­nuzlarla həmlə etməklə nəyəsə nail olacaqlarını düşünən Şva­be və onabənzərlər gərək unut­masın ki, qayaya çırpılan çürük buynuzların aqibəti mütləq qırıl­maqdır.

Siyasət