İraq Nümayəndələr Şurasının sədri Milli Məclisdə

post-img

Mayın 1-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İraq Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

S.Qafarova VI Ümumdünya Mədəniyyətləra­rası Dialoq Forumu çərçivəsində keçirilən “Mə­dəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyəti, müza­kirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib. 

Azərbaycan və İraq arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu deyən Milli Məcli­sin Sədri bu əlaqələrin hazırkı inkişaf səviyyəsin­dən məmnun qaldığını bildirib. O, bu ilin fevralında Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində Bakıda Nümayəndələr Şu­rasının sədri ilə keçirdiyi görüşü xatırlayıb və par­lamentlər arasında əməkdaşlığın münasibətlərin daha da dərinləşməsində rolunu vurğulayıb. 

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən İraq Nümayəndələr Şurasının sədri Möh­sin Əli Əkbər Əl-Mandalavi forumda iştirakdan məmnunluğunu bildirib. 

Qonaq parlamentlərarası dostluq qruplarının işinin daha da intensivləşdirilməsi, turizm, təhsil, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər