Adil Kərimli İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

post-img

Mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlə­rarası Dialoq Forumu çərçivəsində İordaniya şahzadəsi xanım Dana Firas və Səudiyyə Ərəbistanının mədəniyyət naziri – Təh­sil, Mədəniyyət və Elm üzrə Milli Komitənin sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan ilə görüşüb.

Görüşdə Azərbaycan Res­publikası ilə İordaniya Haşi­milər Krallığı arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin qu­rulduğunu diqqətə çatdıran na­zir mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanla­rın və hüquqi bazanın mövcud olduğunu deyib. 

Adil Kərimli deyib ki, Azər­baycan və Səudiyyə Ərəbistanı Krallığının rəhbərləri arasın­da mövcud olan səmimi dost­luq münasibətləri əməkdaşlıq əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir. 

Söhbət zamanı şahzadə xanım Dana Firas və mədəniy­yət naziri Bədr bin Abdullah bin Fərhan bu mötəbər tədbirdə iştiraklarından məmnunluqla­rını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, həmçinin İslam həm­rəyliyinə mühüm töhfələr verir, ikitərəfli və beynəlxalq təşkilat­çılar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirir.

XQ

Son xəbərlər