Alen Simonyan: Ermənistanın hərəkətləri Azərbaycana qarşı yönəlməyib

post-img

Heç kim nə Rusiyaya, nə də başqasına qarşı heç nə etmir.

Bu fikri Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bizim bir dostumuz, bir müttəfiqimiz var idi. “Böyük qardaş” deməyimizi xoşlayırdılar, o da bizi qorumaq vaxtı çatanda bunu etmədi və bizi tək qoydu”, - deyə spiker bildirib.

Onun sözlərinə görə, bundan sonra erməni tərəfi yenidən Rusiyanın onu “müdafiə edəcəyinə” ümid etdiyini bildirib: “Sonra bizi yenidən aldatdılar, xilas etmək yerinə bizi öz ərazimizdə yeni müharibəyə sürükləməyə çalışdılar. Ermənistanın hərəkətləri heç bir ölkəyə, hətta Azərbaycana qarşı yönəlməyib”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət