Gəncənin Heydər Əliyev Meydanındakı fəvvarələr yenidən qurulub

post-img

         Gəncə şəhəri ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələr təmir olunub, öz görkəmini tamamilə dəyişib.  

         Şəhərin Baş Meydanı hesab edilən Heydər Əliyev Meydanında olan iki böyük fəvvarə sökülərək, müasir standartlara uyğun şəkildə, fərqli görünüşdə yenidən inşa edilib. İşıq və musiqi effektləri ilə təchiz olunan fəvvarələr, şəhərin mərkəzi meydanının ümumi görünüşünə əlavə gözəllik qatıb.

         Qeyd edək ki, bu iki böyük fəvvarə ilə yanaşı, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan daha 4 fəvvarədə də yenidənqurma işləri həyata keçirilib. Belə ki, “Xan bağı”nda olan 2 fəvvarə yenidən qurulub. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunub.

         Şəhərin Baş Meydanı günün bütün vaxtlarında, xüsusilə axşam çağlarında sakinlərlə dolu olur. Çünki burada adamların istirahəti üçün hər bir şərait yaradılıb. İndi bu yaz günlərində belə gözəllikləri görən sakinlər, meydanda gecədən xeyli keçənədək əylənir, istirahət edirlər

 

                          Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri,

                                                               Gəncə

 











Sosial həyat