Anders Rasmussenin şübhəli lobbiçilik və təsir xidmətləri

post-img

Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 2024-cü il 21 mart tarixli “Avropa İttifaqı–Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

Bu fikirlər Azərbaycan Xarici İşlər Na­zirliyinin mətbuat katibi Ayxan Hacızadə­nin Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatına dair şərhində yer alıb.

A.Hacızadə qeyd edib ki, hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəa­lar Azərbaycan əleyhinə aparılan qara­yaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərin­ləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil. Bundan əlavə, he­sabatın ermənipərəst hekayələrin təb­liğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən aprelin 5-də keçirilə­cək ABŞ–Avropa İttifaqı–Ermənistan üç-tərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niy­yətlərini üzə çıxarır. Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhə­li lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş Baş katibi sta­tusundan sui-istifadəyə davam edir. Er­mənistan Respublikası hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təs­diqlənmiş” bu hesabata görə yüz minlər­lə ABŞ dolları xərcləyib.

“Maraqlıdır ki, Azərbaycanın Ermə­nistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri bö­yük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar.

Biz qəti şəkildə, sözügedən birtərəfli mövqenin, eyni zamanda, bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azər­baycana qarşı daha radikal mövqe tut­mağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindəyik. Ermə­nistan hökumətinin maliyyələşdirdiyi təb­liğat kampaniyaları qarşı tərəfin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını bir daha nümayiş etdirir. Avropa Parla­menti və Avropa Şurası Parlament As­sambleyası kimi təsisatlar da daxil olmaq­la, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kam­paniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət et­mir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidir­lər”, – deyə XİN rəsmisi vurğulayıb.

Siyasət