Anisa Bahiti: İnanıram ki, gələcəkdə Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edəcəyik

post-img

Düşünürəm ki, bu mühüm Forumda iştirak edən ölkələrin nümayəndələri, ilk növbədə, dünyadakı bütün insanlara, xüsusilə bu anlarda bir-biri ilə müharibə aparan ölkələr arasında sülh üçün yaxşı mesaj verməlidirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Albaniyanın İNFOWEB media qurumunun rəhbəri, XI Bakı Qlobal Forumunun iştirakçısı Anisa Bahiti söyləyib.

A.Bahiti bildirib: “Ümid edirəm ki, biz gələcəkdə Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edəcəyik. Azərbaycanın Albaniyada səfirliyi var. Gələcəkdə bizim də ölkənizdə səfirliyimizin olacağına, həmçinin yaxşı əməkdaşlıq quracağımıza, iqtisadi əlaqələrimizin yüksələn xətlə inkişaf edəcəyinə ümidvarıq. Təbii ki, diplomatik münasibətlərdə bu, çox zəruridir”.

Siyasət