AMEA-nın Qafqazşünaslıq İnstitutunda martın 14-də “dəyirmi masa” keçirilib. Tədbir Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən təşkil olunub.
Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Şimali Qafqaz şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” mövzusunda məruzə edib.
Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.
Anar ƏLİ
XQ