Binəli Yıldırım: Bakı-Tbilisi-Qars layihəsi realpolitikin nəticəsidir

post-img

Uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi İpək yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri , Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

Həyata keçirilən layihə nəticəsində regionda savaş əvəzinə, iqtisadi əməkdaşlıq yarandı deyən B.Yıldırım qeyd edib: “Biz bu layihə ilə regiona sabitlik gətirdik. Bu da dünya miqyasında yaxşı bir nümunə ola bilər”.

Siyasət