Azərbaycan-Qazaxıstan münasibətləri bu gün ən parlaq dövrünü yaşayır

post-img

İki qardaş xalqın ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olması ilə bərabər, əməkdaşlıq da ən yüksək səviyyədədir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iki ölkə arasındakı dostluq münasibətləri prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin səyləri nəticəsində daha da dərinləşib.

Hazırda Qazaxıstanla bir çox sahələrdə qarşılıqlı əlaqələr ölkələrin mənafeyinə uyğundur. Məhz Trans-Xəzər marşrutunun işə salınması Azərbaycanın tranzit əlaqələrinə mühüm töhfə verməklə yanaşı, eyni zamanda, rəsmi Bakının vacib aktor olduğunu göstərir. Bu gün Azərbaycan tranzit yükdaşımalara ev sahibliyi edir, ölkəmiz Şərqdən-Qərbə ticarət dövriyyəsinin əsas halqası hesab olunur. Bu, təkcə iqtisadi sahədə deyil, o cümlədən bir çox digər istiqamətlərdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir.

Şübhəsiz ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu da olduqca vacibdir. Azərbaycanla bütün məsələlərdə həmrəylik nümayiş etdirən və strateji tərəfdaşımız olan Qazaxıstan Azərbaycan üçün mühüm tərəfdaşdır.

Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də iki ölkə arasındakı dostluğun, qardaşlığın əsas rəmzlərindən birinə çevriləcək. 11 mart tarixində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi olduqca mühüm tarixi hadisədir. Səfər zamanı imzalanmış sənədlər bir çox sahələrdə əməkdaşlığımızın inkişafına xüsusi töhfə verəcəkdir. Ölkə liderlərinin mətbuata birgə açıqlamalar zamanı qarşılıqlı münasibətlərə verilən dəyər bir daha özünü göstərdi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavin

 



Siyasət