Yunan professor: Bakıda keçiriləcək COP29 əvvəlkilərdən daha uğurlu olacaq

post-img

XI Qlobal Bakı Forumunun işini və burada səsləndirilən mövzuları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, növbəti müzakirələr də çox yüksək səviyyədə keçəcək. Çünki Forum qlobal gündəlikdə olan bir sıra məsələləri özündə birləşdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Aristotel universitetinin professoru, XI Qlobal Bakı Forumunun iştirakçısı Nikolas Musyopulos deyib.

Forumda müzakirə ediləcək mövzuların sırasına qlobal iqlim dəyişikliyi ilə bağlı məsələnin də daxil edildiyini vurğulayan professor bildirib: “Hesab edirəm ki, başqa ölkələr də Azərbaycana baxıb bu mövzuda tədbirlər keçirməlidir. Bu Forumda iştirak etməkdən çox məmnunam. Azərbaycanın niyyətini görərək düşünürəm ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransı bu günədək keçirilmiş konfranslardan daha uğurlu olacaq. Azərbaycanda təşkil olunacaq COP29-a uğurlar arzu edirəm”.

Siyasət