Ermənistan açıq şəkildə Qərbə doğru sürüklənir. İrəvan KTMT-yə üzvlüyünü dayandırıb və açıq şəkildə yeni hərbi-siyasi müttəfiqlər axtarır. Yəni aydındır ki, qeyri-sabit, təlatümlü region şəraitində Ermənistanın bu cür müttəfiqləri mütləq lazımdır.
“Caliber” xəbər verir ki, bunu tarix elmləri doktoru İqor Kovalev Ermənistan mətbuatına müsahibəsində deyib.
“Digər tərəfdən, hazırda Aİ-dən çıxdıqdan sonra beynəlxalq münasibətlərdə öz yeni rolunu tapmağa çalışan Böyük Britaniya haradasa öz mövqelərini gücləndirməkdə maraqlıdır. Bunun üçün Britaniya Ermənistana silahlarını tədarük etməklə yaxşı pul qazana biləcək. Burada biznes məsələsi bəzi geosiyasi uyğunlaşmalar məsələsindən daha çox prioritet ola bilər.
Böyük Britaniya təkcə Ermənistanda deyil, xüsusi hərbi əməliyyatın keçirilməsini çətinləşdirmək və vəziyyəti sarsıtmaq üçün bu ölkənin cənub sərhədlərində sabitliyin pozulması faktoru kimi istifadə etmək istəyir. Əminəm ki, Mərkəzi Asiyada vəziyyətin sabitliyini pozmaq üçün müəyyən tədbirlər görməyə cəhdlər olacaq, yəni Rusiya sərhədlərinin maksimum perimetri boyu bu cür addımlar atılacaq. İndi bizim Rusiya ilə apardığımız barışmaz mübarizə nəzərə alınacaq. Təbii ki, Britaniya Ermənistandan istifadə edəcək, həqiqətənmi kimsə Britaniyanın Ermənistanı Azərbaycandan müdafiə edəcəyini düşünür?” - İqor Kovalev bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ