ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir.
“Caliber”in məlumatına görə, bu çağırışı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə edib. Miller Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə də eyham vurub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün fevralın 28-29-da Berlində keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması üzrə ikitərəfli saziş” layihəsi ətrafında danışıqların növbəti raundunun, habelə Almaniya rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Rizvan FİKRƏTOĞLU
XQ