Macarıstan Milli Assambleyası da AŞPA-ya etirazını bildirib

post-img

Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Məktubda deyilir ki, Reykyavik Sam­mitində yenidən sadiqliyimizi bəyan etdi­yimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları, prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasın­da daha böyük birliyə nail olmağa çalış­malıyıq. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vur­duğundan Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. 

Qeyd olunur ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümu­mi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübə­si də sarsılmış, qurumun iki orqanı ara­sında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edi­rik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdir­məkdədir. 

Macarıstan nümayəndə heyətinin rəh­bəri Jolt Nemet AŞPA sədrini siyasi qrup­larla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyə­tinin təcili surətdə Parlament Assamble­yasının işinə geri qayıtmasına icazə ver­məyə çağırıb. 

XQ

Siyasət