XRİTDX-in şəxsi heyəti Memorial Soyqırımı Muzeyində

post-img

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırımı Muzeyini ziyarət ediblər.

XRİTDX-nin əməkdaşları burada təq­dim olunmuş xarici və Azərbaycan müəl­liflərinin kitablarından ibarət zəngin kitab fondu, Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyinin qurbanları, yerli əhalinin şəxsi əşyaları, sənədləri və fotoları ilə tanış olublar.

Daha sonra “Əsrin faciəsi” adlı sənəd­li film nümayiş etdirilib. Eləcə də xidmə­tin inzibati binasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

XQ

Son xəbərlər