№ 97 Bakı şəhəri, 20 fevral 2024-cü il
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikasında kiçik həcmli gəmilərdən və onların dayanması üçün bazalardan (qurğulardan) istifadə Qaydaları”nın 4-cü hissəsinin üçüncü abzasında “Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 360 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi Qaydaları”nın 1-ci hissəsinin ikinci cümləsində və 6-cı hissəsində ismin müvafiq hallarında “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın 9-cu hissəsinin ikinci cümləsində və 13-cü hissəsində ismin müvafiq hallarında “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 141 (Cild I) ilə təsdiq edilmiş “Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı”nın 3-cü hissəsinin yeddinci abzasında “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
4. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırıl-ması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 101 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 592 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4-cü hissədə “Azərsu” Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin;
4.2. 5-ci hissədə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri ilə əvəz edilsin və həmin hissədən “, “Azərsu” Səhmdar Cəmiyyətinin” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957 (Cild I) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.2-ci bəndinin birinci abzasında “Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 19.1.9-1-ci yarımbəndi ləğv edilsin və həmin bölməyə aşağıdakı məzmunda 47-ci hissə əlavə edilsin:
“47. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
47.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və onun yerli bölmələri”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatı” sözlərindən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Aparatı” sözləri əlavə edilsin;
7.2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan:” hissəsindən “Su Ehtiyatları Dövlət Agentliyinin Aparatı” sözləri çıxarılsın;
7.3. “Regional miqrasiya idarələri” sözlərindən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və onun yerli bölmələri” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə” bölməsi aşağıdakı redaksiyada verilsin:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə
1.
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
2.
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
8.2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə” bölməsi ləğv edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. Qaydalara 1 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilə” üzrə:
9.1.1. preambula üzrə:
9.1.1.1. cədvəl aşağıdakı redaksiyada verilsin:
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti /
Regional Su Meliorasiya Xidməti
(lazım olmayanın üstündən xətt çəkilir)
Müqavilə №-si
Müqavilənin tarixi
Abonent kodu
ailə tərkibi (nəfər)
Fərdi identifikasiya
№-si
əkin sahəsi (m2)
Texniki şərt №-si
tələbat (m3)
Şəxsiyyət vəsiqəsinin №-si
marşrut (№)
Xidmətin ünvanı
Əlaqə telefonu
mobil telefon
e-mail adresi
9.1.1.2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində Regional Su Meliorasiya Xidmətinin” sözləri ilə əvəz edilsin;
9.1.2. 1.1-ci bənddə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Müəssisənin” sözü ilə əvəz edilsin;
9.1.3. 2.2-ci bənddə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;
9.1.4. 4.1-ci bənddə “Azərsu” ASC” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində Regional Su Meliorasiya Xidməti” sözləri ilə əvəz edilsin;
9.1.5. 7-ci hissədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, AZ1012, Moskva pr.67 h/h AZ65AİİB33070019441100216111, VÖEN-9900001751 M/h0137010001944 “Kapital Bank”ın 1 №-li Nəsimi filialı Kod: 200112 VÖEN-9900003611 _________________
______________________________________________________
(müəssisənin adı)” sözləri “__________________________________________________________________________________________________________________________________________________________________
(müəssisənin adı, hüquqi ünvanı, bank rekvizitləri, VÖEN)” sözləri ilə əvəz edilsin;
9.2. Qaydalara 2 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan Müqavilə” üzrə:
9.2.1. preambula üzrə:
9.2.1.1. cədvəl aşağıdakı redaksiyada verilsin:
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti /
Regional Su Meliorasiya Xidməti
(lazım olmayanın üstündən xətt çəkilir)
Müqavilənin №-si
Müqavilənin tarixi
Abonentin kodu
İstehlakçı qrupu
Fərdi identifikasiya №-si
Tələbat (m3)
Texniki şərtin №-si
Təyinat kodu
Şəxsiyyət vəsiqəsinin №-si
Xidmətin növü
Xidmətin ünvanı
Hüquqi ünvanı
VÖEN
əlaqə telefonu
mobil telefon
e-mail adresi
9.2.1.2. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində Regional Su Meliorasiya Xidmətinin” sözləri ilə əvəz edilsin;
9.2.2. 2.1-ci bənddə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;
9.2.3. 4.1.12-ci yarımbənddə “Azərsu” ASC” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində Regional Su Meliorasiya Xidməti” sözləri ilə əvəz edilsin;
9.2.4. 7-ci hissədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, AZ1012, Moskva pr.67 h/h AZ65AİİB33070019441100216111, VÖEN-9900001751 M/h0137010001944 “Kapital Bank”ın 1 №-li Nəsimi filialı Kod: 200112 VÖEN-9900003611 _________________
______________________________________________________
(müəssisənin adı)” sözləri “__________________________________________________________________________________________________________________________________________________________________
(müəssisənin adı, hüquqi ünvanı, bank rekvizitləri, VÖEN)” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1292 (Cild I) ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçı-lardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın 2.5-ci bəndi ləğv edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 57 (Cild I) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 6.8-ci bəndində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379 (Cild I) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3.20-ci yarımbəndində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 5-ci və 9-cu hissələri ləğv edilsin.
14. “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 fevral tarixli 55 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2017, № 2, maddə 308 (Cild I) əlavələr - “Forma 1” və “Forma 2”də “Azərsu” ASC-nin” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində isə Regional Su Meliorasiya Xidmətinin” sözləri ilə əvəz edilsin.
15. “Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 83 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 482 (Cild I) 3-cü hissəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin.
16. “Ayrı-ayrı su istifadəçiləri tərəfindən istismar olunan nasos stansiyalarının və subartezian quyularının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürülməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 mart tarixli 83 nömrəli qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 iyun tarixli 269 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1243) aşağıdakı dəyişikliklər edilsin:
16.1. 2-ci hissədə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə” sözləri “Dövlət Su Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin və həmin hissəyə “balansına” sözündən əvvəl “tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin” sözləri əlavə edilsin;
16.2. 3-cü hissədə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Dövlət Su Ehtiyatları Agentliyinin” sözləri ilə əvəz edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 17 nömrəli və 8 fevral tarixli 77 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
17.1. 72-ci və 76-cı hissələr ləğv edilsin;
17.2. aşağıdakı məzmunda 58-1-ci, 129-1-ci, 213-1-ci, 213-2-ci və 213-3-cü hissələr əlavə edilsin:
58-1.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadə-sinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti
1634
18. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan, Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli çirkab sutəmizləyici qurğuların onlara aid əmlakla birlikdə Buzovna, Binəqədi, Bilgəh, Pirşağı və Sumqayıt bələdiyyələrinin mülkiyyətinə verilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 169 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 640) aşağıdakı dəyişikliklər edilsin:
18.1. 3-cü hissədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” sözləri ilə əvəz edilsin;
18.2. 6-cı hissədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 968 (Cild I) ilə təsdiq edilmiş “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı”nın 2.10-cu bəndində “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316 (Cild I) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 yanvar tarixli 44 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinə aşağıdakı məzmunda 96-cı sətir əlavə edilsin:
96.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1511 (Cild I) ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”yə əlavə “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
21.1. 7-ci hissədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri ilə əvəz edilsin;
21.2. aşağıdakı məzmunda 14-cü sətir əlavə edilsin:
14.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 13-cü hissəsinin dördüncü və on altıncı abzasları ləğv edilsin.
23. “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 348 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1369) 3-cü hissəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Regional Su Meliorasiya Xidməti” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri