Münxen səfəri və Prezidentin diplomatik zəfəri

post-img

Dövlət başçısının görüşləri ölkəmizin artan nüfuzunun növbəti təsdiqidir

Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər ölkəmizin beynəlxalq aləmdə artan yeri və rolunun diqqətçəkən ifadəsidir. Bu görüşlər dövlətimizin başçısının şəxsi nüfuzunun da parlaq göstəricisidir. Qürurvericidir ki, Azərbaycan liderinin beynəlxalq aləmdəki yüksək nüfuzu Azərbaycanımızın da çəkisini yüksəldir. Ötən illərin təcrübəsinə nəzər sal­saq, Münxen Təhlükəsizlik Konfransının Azərbaycan üçün, kifayət qədər uğurlu platforma olduğunu söyləyə bilərik. Bu toplantı, sanki, bir indiqatordur. Məsələ ondadır ki, biz son aylar dünyadakı an­ti-Azərbaycan qüvvələrin fəallaşdıqla­rını görürük. Onların ermənipərəstliyi, belə demək mümkünsə, dramatik şəkil alıb. Mövcud fonda bəzən elə təəssü­rat yaranır ki, sanki, ölkəmizi dünyadan təcrid etmək niyyətinə köklənmiş da­irələr təşəbbüsü ələ alıblar. 

Ancaq Münxen Təhlükəsizlik Kon­fransı əsl reallığı əks etdirir və qürur­lu mənzərə ilə təzahür edir. Deməli, həqiqət başqa şeydir, onun imitasiyası tamam bir başqa. Kimlərsə imitasiyanı yaxşı bacarır, ölkəmiz isə inamlı şəkildə real hədəflərə doğru irəliləyir. Bu irə­liləyiş trayektoriyasını məharətlə cızan isə beynəlxalq aləmdə rolu və nüfuzu günbəgün yüksələn Prezident İlham Əliyevdir.

Bəli, Prezidentin Münxen Təhlükəsiz­lik Konfransı çərçivəsində keçirdiyi görüş­lər dünyaya Azərbaycan adlı regional gücü göstərir. Bu anlamda beynəlxalq aləmin aparıcı qütblərinin ölkəmizə hədsiz marağı qarşılıqlı faydanın artan miqyasının önəmini nümayiş etdirir. Ən başlıca məqam isə dünya ictimaiyyətinin İlham Əliyev siyasi fenome­nini şəksiz qəbul etməsidir. Bu, ölkəmizin müstəsna siyasi-diplomatik dividentidir. 

Bir də diqqətçəkən odur ki indiki təhlükə­sizlik zirvəsində də dünya liderləri Prezident İlham Əliyevlə təmaslara can atırlar. Özü də Münxen Təhlükəsizlik Konfransı çərçivəsin­də keçirilən görüşlərin təşəbbüskarı onlardır. Onlar yaxşı anlayırlar ki, dövlətimizin baş­çısı proqmatikdir, rasionaldır, tərəfdaşlıq­da etibarlıdır. Onu da gözəl dərk edirlər ki, Prezident İlham Əliyevin şəxsində Azərbay­can dövləti əməkdaşlığa sadiqdir və bu sa­bit mövqe qarşılıqlı fayda amilinə əsaslanır. İlham Əliyev liderliyindəki əməkdaşlıq həm ölkəsinə qazandırır, həm də tərəfdaşlarına. Bu əməkdaşlıqdakı hər fikir, hər söz reallıqla ciddi şəkildə fiksasiya olunur. Çünki dövləti­mizin başçısının sözü onun dönə-dönə bəyan etdiyi kimi, imzası qədər dəyərlidir. 

Prezident İlham Əliyevin Münxen Təh­lükəsizlik Konfransı çərçivəsindəki görüşləri ölkəmizin xarici siyasət kursunun qloballıq göstəricisidir. Buyüksək səviyyə, sanki, nü­munədir. Dövlətimizin başçısı artıq çoxdan qlobal siyasətin səmimiyyət etalonu sayılır. İlham Əliyev şəxsiyyətinin səmimiyyət amili özündə sabitqədəmliklə çevikliyi birləşdirir. Hər iki cəhətin vəhdəti müasir lider obrazını canlandırır. Elə bir lider ki, dünyanın bir çox ölkələri ona ancaq qibtə hissi ilə yanaşa bilər. Əlbəttə, qibtənin qısqanclıqla əvəzləndiyini də görürük. Təəssüf ki, belə hallar var. Ancaq bu, ümumi təəssürata təsir etmək gücündə deyil. Münxen Təhlükəsizlik Konfransı bunu bir daha təsdiqlədi. 

Bəli, Azərbaycanın xarici siyasət kon­turları, kifayət qədər, aydındır. Dövlətimizin başçısı mövcud siyasətin ana xəttini andiçmə mərasimində də bəyan etdi, yeni strateji yol xəritəsi cızdı. Ölkəmiz, ilk növbədə, ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır. Konkret olaraq, xarici siyasətimizə gəldikdə, o, bəra­bərhüquqlu xoş münasibətlərə, qarşılıqlı hör­mətə, bir-birinin işinə qarışmamaq prinsip­lərinə əsaslanır. Burada da son dərəcə ciddi səmimiyyət faktoru ön plandadır. 

Münxen Təhlükəsizlik Konfransı, eyni zamanda, Azərbaycanın xarici siyasətinin yaşadığımız Cənubi Qafqaz regionunun hü­dudlarını xeyli aşdığının növbəti əyani təs­viridir. Ən maraqlı məqam isə ondadır ki, İlham Əliyev liderliyi regionumuzu ənənəvi klişelərdən çıxarır, onu, obrazlı desək, dünya­nın döyünən ürəyinə çevirir. Bu ürəkdə güc, cəsarət, sədaqət prinsipiallıqla üzvü surətdə bağlıdır. Bu ürək inkişaf naminə döyünür, özündə daim ona can atan potensialı yaşadır. 

Onu da əminliklə vurğulaya bilərik ki, Prezident İlham Əliyev Münxen Təhlükəsiz­lik Konfransında Azərbaycanın potensialını yenidən göstərməklə, ölkəmizin bəyan etdiyi əməkdaşlıq və inkişaf prioritetlərinin alterna­tivsizliyini təsdiqləyir. Bu təsdiqlənmə özü ayrıca statusdur və onunla qürur duymağa, fəxarət hissi keçirməyə dəyər. 

XQ

Siyasət