Məzahir Pənahov: Veb-kameralar məntəqələrdəki səsvermə kabinələrindən başqa, bütün mənzərəni əks etdirir

post-img

Beynəlxalq media təmsilçiləri artıq Azərbaycandadır, bu gün və sabahkı prosesləri geniş izləyəcəklər. Seçkilərdə ümumilikdə 190 beynəlxalq media qurumu iştirak edir.

Bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb. “Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq. Biz 15 ildən artıqdır ki, ənənəvi olaraq min məntəqədə veb-kameralar quraşdırırıq. Bu veb-kameralar məntəqələrdə olan səsvermə kabinələrindən başqa, bütün mənzərəni əks etdirir”, - deyə M.Pənahov əlavə edib.

Siyasət