Putin və Ərdoğan qaz qovşağını da müzakirə edəcəklər

post-img

Rusiya və Türkiyə prezidentləri arasında gözlənilən danışıqlarda ticarət-iqtisadi münasibətlərin bütün aspektləri müzakirə olunacaq. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. Xəbəri “İnterfaks.ru” verib. 

Peskov prezidentlərin iki ölkənin bankları arasında ABŞ sanksiyaları səbəbindən yaranmış hesablaşma problemlərini, Rusiya-Türkiyə bankının mümkün yaradılması məsələsini, həmçinin Rusiya-Türkiyə qazı habı üçün yol xəritəsini müzakirə edib-etməyəcəyi sualına cavab verib. “Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır və təbii ki, bu əlaqələrin bütün nüansları gündəmdə olacaq”, – Peskov vurğulayıb.

Prezident Vladimir Putinin yaxın vaxtlarda Ankaraya səfəri gözlənilir. Türkiyə mediası fevralın 12-ni sammit üçün mümkün tarix adlandırıb.

P.ƏMİRCANOV

XQ

Dünya