AŞPA və Fransa Parlamentinin Azərbaycana qarşı qətnamələri qərəzli və sifarişlidir

post-img

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi Azərbaycana qarşı növbəti ikili standartlardan və qərəzlilikdən xəbər verir. 

Bu barədə İsrail Təhlükəsizlik Aka­demiyasının Qafqaz üzrə Azərbaycan­dakı Regional Nümayəndəliyinin yaydı­ğı bəyanatda deyilir.

AŞPA-nın bu məntiqsiz və absurd addımı bəzi məkrli qüvvələrin sifarişidir. Bu hal birmənalı olaraq Azərbaycana qarşı təzyiq məqsədi daşıyır. Təəssüf ki, Avropada bəzi dairələr ermənipərəst mövqedən çıxış edirlər. 

Bəyanatda vurğulanır ki, hazırda Ermənistanda anti-semitizm tüğyan edir, Sinaqoqa‚ Yəhudi ibadət yerlə­rinə hücumlar‚ vandalizm aktları baş verir. Amma çox təəssüf ki, mövcud dünya birliyi ermənilərin bu qeyri-in­sani addımlarına göz yumur. AŞ­PA-nın ən birinci münasibət bildirəcəyi məsələlərdən biri Ermənistandakı belə halların pislənilməsi olmalıdır. Hazırda AŞPA-nın Azərbaycana qarşı sərgildiyi qərəzli yanaşma da bu ikili standartla­rın açıq təzahürüdür.

“AŞPA-nın və Fransa Parlamenti­nin anti-Azərbaycan xarakterli qərəzli qərarını qəti şəkildə pisləyirik. Bütün qərəzli və heçbir hüquqi əsası olmayan anti-Azərbaycan kampaniyalarına qarşı Azərbaycana öz dəstəyimizi ifadə edi­rik”, deyə bəyanatda bildirilir.

Siyasət