İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim Strategiyası və Çatdırılması Departamentinin icraçı direktoru Harri Boyd-Karpenterlə görüşüb.
Mikayıl Cabbarov Azərbaycanın AYİB ilə uğurlu əməkdaşlıq etdiyini və bankla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb.
AYİB nümayəndələri bankın Azərbaycanla səmərəli tərəfdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd ediblər.
Görüşdə ölkəmizin evsahibliyi edəcəyi COP29-a hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi müzakirə olunub.
XQ