COP29-a hazırlıq müzakirə edilib

post-img

Fevralın 1-də Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib. 

Nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, bərpaolunan enerji mənbələrinə keçid üzrə əməli addımların atıldığını, ötən il keçirilən COP28 Sammi­tində Azərbaycanın bir sıra qlobal öhdə­liklərə qoşulduğunu diqqətə çatdırıb.

İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a evsahibliyi çərçi­vəsində aparılan hazırlıq işlərinin yük­sək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı ölkəmizə uğur­lar arzulayan icraçı katib bu istiqamətdə görülən işlərə katiblik tərəfindən yaxın­dan töhfə veriləcəyini bildirib.

***

Həmin gün Xarici İşlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fi­kir mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından Parlamentləra­rası İttifaqın mühüm mandata sahib oldu­ğunu vurğulayaraq, ölkəmizin də İttifaqın fəaliyyətində aktiv iştirak etdiyini bildirib. 

Ölkəmizin 2024-cü ildə BMT siste­minin ən irimiqyaslı tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu ses­siyasına (COP29) evsahibliyi edəcəyini xatırladan nazir bu istiqamətdə görülən hazırlıq işləri barədə ətraflı məlumat ve­rib, Parlamentlərarası İttifaqın tədbirdə yaxından təmsil olunacağına ümidvarlığı­nı vurğulayıb. 

Baş katib Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edərək, Parlamentlərarası İttifaqın Azər­baycanla əməkdaşlığın daha da inkişa­fında maraqlı olduğunu bildirib. Cari ildə COP29-a evsahibliyi edəcək Azərbay­canın uğurlu sədrliyinə inandığını deyən Baş katib sözügedən tədbirin təşkilatçılığı ilə bağlı əvvəlki sədrliklərlə yaxın təmas­ların qurulmasının Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşma nümayiş etdirdiyini bildirib.

XQ

Son xəbərlər