Milli Məclisin yaz sessiyasının ilk plenar iclası

post-img

Fevralın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keşirilib. 

S.Qafarova son vaxtlar ölkəmizə qar­şı əsassız təzyiq və təhdid edən bəzi bey­nəlxalq təşkilatların, xüsusilə AŞPA-nın qərəzli və ədalətsiz mövqeyinə münasi­bət bildirib.

Parlamentin Sədri Azərbaycanın AŞPA – dakı nümayəndə heyətinin təş­kilat ilə əməkdaşlığının və onun fəaliyyə­tində iştirakının dayandırılmasnıdan danı­şarkən deyib ki, şübhəsiz, deputatlar həm nümayəndə heyətimizin bəyanatı, həm də quruma üzv olan dövlətlərin parlament sədrlərinə göndərdiyim məktubla tanış­dırlar. Bu qərar Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisə pred­metinə çevirmək üçün ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamla­ra cavab olaraq qəbul edilmişdir. 

Qeyd edildi ki, Avropada müəyyən qü­vvələr 44 günlük Vətən müharibəsi və an­titerror tədbirləri nəticəsində Azərbayca­nın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər. Par­lament Assambleyasının və bütövlükdə, Avropa Şurasının nüfuzuna zərbə vuran son hadisə sübut etdi ki, indiki dövrdə bu təşkilatı onun bütün üzvlərinin rəyinə hör­mət mühitinin hökm sürdüyü həqiqi dialoq və əməkdaşlıq platforması adlandırmaq çətindir. 

Sonra S.Qafarova sessiyalar arasın­dakı dövrdə Milli Məclisdə bir sıra mü­hüm görüşlərin keçirildiyini və danışıqlar aparıldığını xatırlatdı. O, həmçinin xarici səfərləri və parlamentdə keçirilən qəbul­lar barəsində də məlumat verdi. 

Sədr yaz sessiyasında qanun la­yihələrini müzakirə və qəbul etməklə ya­naşı, Konstitusiyanın tələbinə uyğun ola­raq, Nazirlər Kabinetinin hesabatının da dinləniləcəyini də bildirdi. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2023-cü ilin dövlət büdcəsinin icrası haqqın­da məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə milli koordi­natorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəa­liyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat, məlumat və məruzələri də dinləniləcək. 

Sonra deputatlar cari məsələrə mü­nasibətlərini bildirdilər. Qeyd olundu ki, AŞPA və digər qərəzli beynəlxalq təşki­latların ölkəmizə təzyiq vasitələri onların ermənipərəst mövqeyindən və Azərbay­canın uğurlarını qəbul edə bilməmələrin­dən irəli gəlir. Bu gün biz dünya ictimaiy­yətindən, o cümlədən, Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermə­nistan arasında münasibətlərin normal­laşması təşəbbüslərinə dəstək gözlədiyi­miz halda, bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edirlər. Ermənistanın sürətlə silahlan­dırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir.

Çıxışlar başa çatdıqdan sonra S.Qa­farova gündəliyə 10 məsələ daxil edildi­yini və ilk 3 məsələnin Milli Məclisin qərar layihələri olduğunu bildirdi. 

Müzakirələrdən sonra Milli Məclisin İntizam və hesablayıcı komissiyalarının formalaşdırılması haqqında qərar qəbul edildi.

Bununla da Milli Məclisin yaz sessiya­sının ilk plenar iclası başa çatdı.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər