Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb

post-img

Azərbaycanda fevralın 7-də təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulluğunda seçki məntəqəsi yaradılıb.

Bu barədə baş konsulluqdan bildirilib. Qeyd olunub ki, səsvermə fevralın 7-də saat 08:00-dan 19:00-dək Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5 ünvanında yerləşən Azərbaycanın baş konsulluğunun binasında keçiriləcək.

Səsvermədə 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportunu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edə bilərlər.

Siyasət