Ermənistanın “mina manipulyasiyası”

post-img

Şantaj, məkr və sülh prosesindən yayınma cəhdləri

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb ki, Qarabağdan çıxmış hərbçilər arasında sorğu aparılıb və minalanmış ərazilərin xəritələri aşkarlanıb. Məlumatda o da bildirilib ki, Ermənistanın dövlət qurumları əlavə xəritələr tərtib etmirlər, minaların yerini sorğular nəticəsində hərbçilərdən alırlar. 

Hər halda, bu iki cümlənin nə qədər məkrli səsləndiyinin fərqinə vardınız. Deməli, rəsmi İrəvan mina xəritələri məsələsindən siyasi alət kimi istifadəni davam etdirmək əzmindədir. Bəli, məhz davam etdirmək. Çünki, belə bir məkrli xəttin start götürdüyünün anonsu Ermə­nistan MTX-nin açıqlamasından əvvəl verilib. Anonsu kim verib, bu barədə də söz açacağıq.

Yeri gəlmişkən, Ermənistan MTX-nin açıqlaması Azərbaycanın Xarici İş­lər Nazirliyinin açıqlaması ilə eyni vaxta təsadüf edir. Ölkəmizin ali diplomatiya idarəsi 2020-ci il müharibəsindən həm əvvəl, həm də sonra qarşı tərəfdən düzgün mina xəritələrinin verilməsinin dəfələrlə tələb olunduğunu vurğula­yıb. Nədənsə, erməni siyasi dairələri bu mövqeni qeyri-konstruktiv yanaş­ma kimi dəyərləndirirlər. Nəyə görə? Buna da diqqət yetirəcəyik. Ancaq, ilk növbədə, başqa suala cavab axtaraq: Ermənistan MTX-nin açıqlaması kons­truktivdir? Əlbəttə, yox! Qeyd edək ki, indiyədək İrəvandan Bakıya səkkiz mina xəritəsi təqdim olunub. Bunlarda dəqiqlik faizi olduqca aşağıdır. Nəzərə alaq ki, ölkəmizin yüzlərlə dinc sakini və hərbçisi mina terrorunun qurbanı olub... 

Ermənistan MTX-nin indiki açıq­laması onu deməyə əsas verir ki, İrə­van dəqiq xəritələr vermək niyyətindən uzaqdır. Necə yəni ki, minaların yerləri hərbçilər arasında aparılmış sorğu ilə müəyyənləşir? Belə şey olar? Deməli, bir daha o qənaətə gəlirik ki, Ermənis­tan mina xəritələri məsələsindən siyasi alət kimi istifadədə maraqlıdır. Və bu­rada haqqında söz açdığımız anonsa keçid ala bilərik. 

Bəli, mina xəritələri mövzusunda aşkar manipulyasiya təsiri bağışlayan, qeyri-müəyyən mahiyyət daşıyan ilk açıqlamanın müəllifi Ermənistan MTX deyil, ölkənin xarici işlər naziri Ararat Mirzoyandır. Heç şübhəsiz, nazir möv­cud istiqamətdə daha da “irəli getməsi” ilə diqqət çəkib. Yəni, Mirzoyanın ötən həftə bildirdikləri İrəvanın Bakıya düz­gün mina xəritələri vermək istəmədi­yinin təsdiqidir. O, faktiki olaraq, bunu etiraf edir. 

Həm Mirzoyanın söylədiklərindən, həm də Ermənistan MTX-nin açıqla­masından gəlinən qənaət budur ki, mina terroru Ermənistanın Azərbay­cana qarşı siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Diqqət yetirək: Mir­zoyan deyirdi ki, əgər etimad mühiti ya­ranarsa, beynəlxalq ictimaiyyətin də iş­tirakı ilə Ermənistan Qarabağdakı mina sahələrinin yeni xəritələrini Azərbayca­na verə bilər. “Beynəlxalq ictimaiyyətin iştirakı”, “etimad mühiti yaranarsa”. Er­məni XİN rəhbəri, göründüyü kimi, şərt qoyur. 

Azərbaycan nəinki bu məsələdə, ümumən, özünə münasibətdə sərt ri­torikasının işə salınmasına birmənalı qaydada yol verməyəcək. Bunu qarşı tərəf də gözəl anlayır, ancaq kor ina­dından əl çəkmir. Nəticədə əvvəl Mir­zoyan, indi isə Ermənistan MTX mina xəritələri kimi vacib məsələyə sərsəm münasibət bildirir. Elə bil, sıravi hərb­çilər yerə minanı tarlada taxıl əkirlərmiş kimi basdırıblar... Bu qənaətə gəlirik ki, MTX-nin açıqlaması Ermənistan XİN tərəfindən müəyyənləşdirilmiş mani­pulyativ xəttin inkişaf etdiriləcəyinin təsdiqidir. Həqiqətən də, dəhşətli dü­şüncədir. 

Mina xəritələri ilə bağlı Mirzoyanın baş vurduğu növbəti həyasızlıq da var. O demişdi ki, guya, Qarabağda mina­ları azərbaycanlıların özləri ötən əsrin 90-cı illərinin əvvəllərində ərazidən çıxarkən basdırıblar, Ermənistan isə tədqiqatlar yolu ilə yeni mina xəritələri hazırlamağa çalışır. Yəni, özünüz bas­dırmısınız, bizlik deyil. Hələ bir minnət də qoyulur. Sual yaranır: necə ola bilər ki, azərbaycanlılar 90-cı illərdə ərazi­dən çıxarkən, minalar basdırıblar və ötən otuz ilə yaxın müddətdə bir nəfər də olsun erməni həmin minaların qur­banı olmayıb? 

Digər yandan, azərbaycanlılar doğ­ma yurdlarına qayıtmağı düşündükləri üçün onların mina basdırmaları, əsla, mümkün deyil. Yəni, erməni XİN rəh­bərinin ağlı özlərinə gedib. O, tipik erməni təfəkkürünü azərbaycanlılara şamil etmək kimi son dərəcə həyasız gedişə baş vurur. Daha bir məqam da var. Axı həmin vaxt azərbaycanlıların nəinki minaları, heç ov silahları belə yox idi... 

Bəli, hazırda Ermənistanın siyasi dairələri Azərbaycan XİN-in dəqiq mina xəritələrinin verilməsi ilə bağlı tələbi­ni Bakının qeyri-konstruktiv davranışı və sülh prosesini pozmağa yönəlmiş addımı kimi qiymətləndirirlər. Əslində, ən böyük manipulyasiya budur. On­lar ölkəmizin rəsmilərinin indiyədək verilmiş xəritələrin yararsızlığına dair açıqlamalarını da mövcud kontekstdə dəyərləndirmək yolunu tuturlar. 

Digər tərəfdən, Mirzoyanın dilə gə­tirdiklərinə diqqət yetirsək, belə təəs­sürat yaranır ki, İrəvan mina xəritələri məsələsindən danışıqlar prosesində hansısa üstünlük qazanmaq naminə istifadədə də maraqlıdır. Heç şübhəsiz, bu, siyasi şantajdır. Üstəlik, Ermənistan şantajına beynəlxalq dairələri, iki ölkə arasında vasitəçilik missiyasını üzərinə götürmüş tərəfləri də daxil etmək istəyir. Daha doğrusu, İrəvan xəritə mövzusu­nu ortaya atmaqla əldə etmək istədikləri üçün beynəlxalq təminat amilinin möv­cudluğunda maraqlıdır. Əlbəttə, buna təminat demək yerinə düşmür. Çünki, bu tamam cəfəngiyyatdır.

Hazırda erməni iqtidarına yaxın si­yasi dairələrin mina xəritələri ilə əlaqə­dar qaldırdıqları bir məsələ də var. Söhbət ölkəmizdə saxlanıldığı iddia edilən erməni hərbi əsirlərdən gedir. Guya, həmin əsirlər geri qaytarılma­sa, Azərbaycan dəqiq mina xəritələrini görməyəcək. 

Nəhayət, bu mövzuda üzərində da­yanılan növbəti məqam da diqqətdən yayınmır. Erməni siyasi dairələri vur­ğulayırlar ki, mina xəritələrinin, guya, dəqiq olmaması tam mümkündür. Onlar fikirlərini sübuta yetirmək üçün müxtəlif “arqumentlərə” baş vururlar. Ancaq, sən demə, bu “arqumentlə­rin” axtarılıb-tapılmasında da məqsəd var. “Məqsəd” isə aşağıdakı məqamı regionun və dünyanın ictimai rəyin­də möhkəmləndirməyə yönəlib: Bakı mina xəritələri tələb edirsə, Azərbay­can Ermənistanla sülh müqaviləsi im­zalamaqdan yayınır. Belə çıxır ki, Er­mənistan mina xəritələrini Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı səs­ləndirilmiş bütün fikirlərə əks arqument kimi istifadəni nəzərdə tutur. Əlbəttə, belə yanaşma da son dərəcə məkrlidir, reallıqlardan uzaqlaşmaq, onları qəbul etməmək cəhdidir.

Ə.CAHANGİROĞLU
XQ





Siyasət