“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda işgüzar səfərdə olub

post-img

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayevin, baş direktorun müşaviri Cahid Hüseynovun, Birliyin digər struktur bölmələrinin rəhbər heyətinin və bir qrup əməkdaşın Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.

XQ xəbər verir ki, İstehsalat Birliyinin rəhbərliyi ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra Birliyin məsul şəxsləri Naxçıvan Regional Qaz İstismarı İdarəsində olublar. Regional İdarədə əməkdaşlara yaradılan şəraitə baxış keçirilib, onların qayğıları ilə maraqlanılıb. Əməkdaşlarla görüşdən sonra Naxçıvan şəhəri üzrə xidmət sahəsinə də baş çəkilib. Xidmət sahəsində mövcud infrastrukturun vəziyyəti ilə tanışlıq olub, qarşıya qoyulan hədəflərdən söz açılıb və müvafiq tapşırıqlar verilib.







Sosial həyat