ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı videoçarx hazırlanıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “ƏDV geri al” layihəsi çərçivəsində mədəniyyət xidmətlərindən istifadə zamanı ƏDV-nin 50 faizinin geri qaytarılması barədə maarifləndirici videoçarx hazırlanıb.

Çarxda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi xidmətlərdən istifadəyə görə ödənilmiş ƏDV-nin bir hissəsinin vətəndaşlara geri qaytarılması ilə bağlı məlumat verilir.


Sosial həyat