AFFA-da görüş

post-img

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) binasında 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mənsurov çıxış ediblər. 
Natiqlər futzalçılarımızın qələbəsini tarixi nailiyyət kimi dəyərləndirərək bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Sərxan Hacıyev çıxışında komandamızın yarışda güclü İspaniya və Fransa futzalçılarına qalib gəlməsini xüsusi vurğulayıb və idmançılara AFFA-nın prezidenti Rövşən Nəcəfin təbriklərini çatdırıb. 

Sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Q.YUSİFOĞLU
XQ

İdman