Ceyhun Bayramov: İrandakı səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir

post-img

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi üçün iki əsas məqama diqqət yetirəcəyik.

Bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

O bildirib ki, bunlardan birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərarın qəbul edilməsidir. İkincisi isə səfirliyimizin təhlükəsizliyinə tam şəkildə təminat verilməsi və bizim bundan arxayın olmağımızdır.

"Səfirliyimizin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar Azərbaycana ölkəyə gətirilmişdi", - deyə nazir əlavə edib.

Siyasət