Gürcü ekspert: Prezident seçkilərinin Azərbaycanın bütün ərazisini əhatə etməsi ölkə üçün mühüm nailiyyətdir

post-img

Prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edəcəyinə görə əhəmiyyətlidir və bu, ölkə üçün mühüm nailiyyətdir.

“Secki-2024” Müstəqil Media Mərkəzinə istinadla xəbər verilir ki, bunu beynəlxalq münasibətlər üzrə gürcü mütəxəssis, siyasi ekspert İrakli Qoqava deyib.

İ.Qoqava əminliyini ifadə edib ki, seçki prosesi sabit şəkildə və demokratik standartlara uyğun keçiriləcək.

Gürcü ekspert, bu prosesin yüksək səviyyədə baş tutması üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasının təcrübəsini və hazırki fəaliyyətini də yüksək qiymətləndirib. O, qardaş Azərbaycan xalqına uğurlu seçkilər, Cənubi Qafqaz regionuna davamlı sülh arzulayıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri cari il fevralın 7-də keçiriləcək. Prezident seçkilərində 7 namizəd mübarizə aparır.

Siyasət