Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat verilib.
Görüşdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatsa da, Hərəkatın “sədrlik üçlüyü”ndə yer alır.