Erməni politoloq: Vasitəçilər fırıldaqçıdır, Azərbaycanla birbaşa danışmaq lazımdır

post-img

Mən uzun illər vasitəçilik missiyalarının daha çox fırıldaq olduğunu düşünürdüm. Məsələn, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası 26 il ərzində bizə nə verdi? İndi də heç nə verməyəcək.

Bunu politoloq Qarik Keryan Ermənistan mətbuatına müsahibəsində deyib.

Politoloq Ermənistanın varlığının açarını Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Rusiya ilə birgəyaşayışda görür.

“İlham Əliyev də müsahibəsində dedi ki, razılığa gəlsək, bizə heç bir vasitəçi lazım deyil. Burada vasitəçilər olanda hər kəs öz maraqlarını rəhbər tutur. Minsk qrupu olanda da belə idi. Ona görə də Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar vasitəçilərin dəvət edilməsindən qat-qat səmərəli olacaq”, - politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət